AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistandakı hərbi hissədə qiyam-əsgərlər kütləvi şəkildə fərarilik etdilər

  • + A
  • - A
  • 24-02-2021, 18:23

    Ermənistandakı hərbi hissədə qiyam-əsgərlər kütləvi şəkildə fərarilik etdilər

    Ermənistandakı hərbi hissələrin birində əsgərlərin məzuniyyətdən xidmət yerinə qayıtmaq istəməməsilə bağlı insident baş verib.

    Azadmedia.az bununla bağlı erməni mediasına istinadən xəbər verir. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 23 fevralda bir qrup hərbçi və onların valideynləri əsgərlərin daimi yerləşmə ərazisinə qayıtmalarına mane olublar. Nəticədə hərbi hissənin ərazisində qarışıdurma baş verib. Bir neçə əsgər isə qarışıqlıqdan istifadə edərək hərbi hissəni qanunsuz olaraq tərk etməyə cəhd göstərib.

    Məlumatda deyilir ki, hissə komandanlığı xidməti araşdırma aparılması barədə əmr verib. Hərbi polis fərarilik etmiş əsgərlərin tapılması istiqamətində hərəkətə keçib, onlarla bağlı cinayət işi qaldırılıb. Ermənistanın Müdafiə Nazirliyi vətəndaşlara müraciətində hadisəni pisləyib və bu cür addımlardan çəkinməyə çağırıb. Bildirilib ki, belə hərəkətlər silahlı qüvvələrin döyüş effektivliyini təhlükəyə atmaq, müharibədən sonrakı döyüş tapşırıqlarının yerinə yetirilməsinə mane olmaqdır.

    Qeyd edək ki, Ermənistan ordusunun 10 mindən artıq hərbçisinə qarşı fərarilik ittihamı ilə cinayət işi qaldırılıb. Ordunun böyük hissəsinin darmadağın olmasından sonra yerdə qalan əsgərlər də xidmətdən boyun qaçırırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR