Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paylaşım edib.
“Xocalı soyqırımı kimi faciələr unudula bilməz.
Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.