Saatlı Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
Unikal.org xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Elmir Bağırov əmr imzalayıb.
Əmrə əsasən, hüquq şöbəsinin müdiri Nurəddin Abdiyev vəzifəsindən azad olunub.
Qeyd edək ki, hazırda həmin şöbənin müdiri vəzifəsini müvəqqəti olaraq Rövşən Muradov icra edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.