AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə kəşfiyyatçılarının uğurlu əməliyyatlarına 2,5 milyard lirə xərclənib

  • + A
  • - A
  • 2-03-2021, 14:15



    Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) koronavirus epidemiyasının kölgəsində keçən 2020-ci ildə beynəlxalq arenada şəklini dəyişən təhdidlərə qarşı uğurlu işlərə imza atıb. Bu fəaliyyətlər zamanı təşkilat təqribən 2,5 milyard lirə (568 359 000 AZN) xərcləyib.

    “Hürriyet”in məlumatına görə, bu barədə MİT rəhbəri Hakan Fidan bəyan edib.

    “Təşkilatımız 2020-ci ildə münaqişə bölgələrində ölkəmizin milli maraqlarına uyğun olaraq əməliyyatlar keçirib, xarici kəşfiyyat sahəsindəki təsirini artırıb, terrorizmlə mübarizəni beynəlxalq səviyyədə icra edib, ölkəmizə qarşı casusluq fəaliyyətlərini ifşa edib”, - deyə hesabatda vurğulanıb.

    Sənəddə MİT-in fəaliyyəti ilə bağlı detallar olmayıb, lakin xərclər barədə qısaca məlumat verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR