Politoloq Ülkər Piriyeva - Bakı Fatehi Nuri Paşanı ölümünün 72-ci ildönümündə yad edirik..
Qardaşı Ənvər Paşanın göstərişi ilə 28 yaşında ikən, 12 minlik Qafqaz İslam Ordusunu başına keçərək Bakını erməni dəstələrindən və bolşevik qoşunlarından qurtaran Nuri Paşa, azərbaycanlılar tərəfindən hər il hörmət və minnətdarlıqla xatırlanır.
15 sentyabr 1918-ci ildə Azərbaycanın paytaxtı Bakını işğalçı erməni və bolşevik qoşunlarından qurtaran Qafqaz İslam Ordusunun Komandiri Nuri Paşanın ölümündən 72 il keçir.
2 Mart 1949'da Sütlücədə silah fabrikindəki böyük partlayışda ölən Nuri Paşanın bir qəza və ya bir sui-qəsd qurbanı olub olmadığı bu günə qədər aydınlaşmadı.
Nuri Paşa 1890-cı ildə Manastir şəhərində anadan olub, ibtidai və orta məktəb təhsilini orada tamamladıqdan sonra 1909-cu ildə Manastir şəhərinin Hərbi Akademiyasını birinci leytenant rütbəsi ilə bitirib, Balkanların müxtəlif bölgələrində xidmət edib və eyni zamanda, 1911-ci ildə Tripoli döyüşündə iştirak edib.
Osmanlı İmperiyası Birinci Dünya Müharibəsinə girdikdən sonra sultan köməkçisi rütbəsi alan Nuri Paşa, 1917-ci ilə qədər Tripoli və Benqazidə olmuş və İngilis, İtalyan və Fransız qüvvələrinə qarşı bir çox müharibələrdə iştirak etmiştir.
Ənvər Paşa qardaşı Nuri Paşanı Azərbaycan və Dağıstanın Osmanlı İmperiyasından kömək istədiyi Qafqaz İslam Ordusunun komandanlığına gətirdi.
25 may 1918-ci ildə Gəncəyə çatan Qafqaz İslam Ordusundakı əsgər sayı, Azərbaycan korpusundan min nəfərin gücləndirilməsi ilə 12 minə çatdı. Öz yolunda Göyçay, Salyan, Ağsu və Kürdəmiri bolşevik qoşunlarından və erməni dəstələrindən təmizləyən Qafqaz İslam Ordusu, 1918-ci il sentyabrın 15-də Bakını azad etdi. Qafqaz İslam Ordusu Bakının azad edilməsi üçün 1130 şəhid verdi.
Bakı Fatehi olaraq da adlandırılan Nuri Paşa, Azərbaycanda hara gedirdisə hörmət və ehtiramla qarşılanırdı. Azərbaycanlılar xilaskarlarını - ordu komandirini evlərində qonaq etmək üçün bir-birləri ilə yarışarmış.
Bakıda böyük coşqu ilə qarşılanan Nuri Paşa, Təzəpir Məscidindəki minbərə qalxaraq xalqa müraciət edər. Bəhs edilən minbar "Nuri Paşa minbəri" olaraq bilinir və məsciddə qorunur. Paşanın Gəncədə qaldığı ev də muzey olaraq fəaliyyət göstərir.
Mondras Atəşkəsi imzalandıqdan sonra Qafqaz İslam Ordusu Bakını tərk etməli olduğu müddətdə, Nuri Paşa, Batumidə İngilislər tərəfindən tutuldu.
Nuri Paşa 8 Avqust 1919-cu ildə mühakimə olunarkən Qafqazlıların köməyi ilə həbsxanadan qaçmağı bacarır.
Lakin Nuri Paşa xilas etdiyi Bakının xilasından sonra onun bolşeviklər tərəfindən işğalına çox üzüldüyü bir çox mənbələrdə yazılır..
1921-ci ildə Berlinə gedən Nuri Paşa, orada çini düzəltmə sənətini öyrənir və 1924-cü ildə İstanbula döndüktən sonra Kütahya Çini Şirkətini qurur.
Hərbi həyatını qəhrəmanlıqla keçirən Nuri Paşa bir müddət sonra fabrikini təhvil verər və müharibə sənayesinə üz tutar.
Sütlücədəki bir fabriki alar və ordu üçün silah-sursat istehsal edən Nuri Paşa, "Nuri Paşa" adını verdiyi Türkiyənin ilk 9 millimetrlik silahının kütləvi istehsalını reallaşdırar.
Nuri Paşa, Ərəb-İsrail müharibəsində ərəb ordularını və Fələstin xalqını dəstəkləmişdir. İsrailin qurulmasından sonra ərəblərin müqaviməti üçün silah və sursat istehsal edən Nuri Paşa, 2 Mart 1949-cu ildə Sütlücədəki fabrikində baş verən böyük partlayışda vəfat etdi.
Partlayışı kimlərsə qəza, kimlərsə İsrail kəşfiyyatının təşkil etdiyi sui-qəsd olaraq qiymətləndirmişdir.
Bakı Fatehi Nuri Paşanı ölümünün 72-ci ildönümündə böyük hörmət və ehtiram hissi ilə yad edirik..