“YAŞAT” Fondunun təşəbbüsü, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və İsrailin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycana gələn israilli həkimlər tərəfindən qazilərimiz müayinə və müalicə olunub.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.
“İsrailli həkimlər tərəfindən 132 qazimiz müayinə olunub, 22-si əməliyyat edilib. 28 qaziyə isə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq”, - deyə o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.