AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Masallı Təhsil Fondu" Təhsilin inkişafı üçün öz xeyirxah işlərini davam etdirir

  • + A
  • - A
  • 5-03-2021, 21:44


    Xəbər verdiyimiz kimi Masallı Şəhər 70saylı seçki dairəsinə daxil olan Rayonun 25 tam orta məktəblərinin qız məzunlarının Ali məktəblərdə 1ci semestr imtahanlarından uğurlu nəticələrinə görə 22nəfərə orta hesabla hər bir tələbə üçün 950 manat pul ödənilmişdir. 24 nəfər tələbə qızlar üçün hər bir tələbəyə hər ay 100 manat, şəhid övladına isə hər ay 200 manat təqaüd verilməsinə başlanmışdır. Masallı Şəhər 70saylı seçki dairəsinə daxil olan 25 tam orta məktəblərinin şagirdlərinin ali məktəblərdə təhsil almalarına kömək məqsədilə test kitabları hədiyyə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Şahbaz oğlu Məmmədovun təşəbbüsü ilə valideynlərin və müəllimlərin müraciətlərini nəzərə alaraq 11ci siniflərdə təhsil alan şagirdlərə kömək məqsədilə rayonun 41 tam orta məktəbləri üçün test kitabları hədiyyə edildi. Beləliklə rayon məktəblərinin şagirdləri üçün hər biri 225 ədəd olmaqla test kitabları (Riyaziyyat, Azərbaycan dili, Abuturiyent jurnalı və cavab kartları) hədiyyə verildi.
    Həmçinin Millət vəkili Məhşur Məmmədovun təşəbbüsü ilə yeni dərs ilində ali məktəblərə daxil olan Rayonun bütün ümumtəhsil məktəblərini bitirmiş 1ci və 2ci Qarabağ müharibəsində şəhid olan qəhraman döyüşçülərin evladlarına əlavə imtiyazların verilməsi nəzərdə tutulmuşdur. "Masallı Təhsil Fondu" və onun əməkdaşları məktəblərlə və valideynlərlə sıx əlaqə saxlayır, qızların təhsilinə xususi ilə az yaşlı qızlarin erkən nikaha girməsinin qarşısını almaq üçün daim bu məsələni diqqət mərkəzində saxlayır.
    H. Hüseynov,
    Masallı Təhsil Fondunun Direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR