AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ismayıllıda “Sabahın alimləri” X Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib

  • + A
  • - A
  • 7-03-2021, 12:00


    İsmayıllı Rayon İcra Hakimiyyətində “Sabahın alimləri” X Respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib. RİH başçısı məktəbliləri salamlayıb, qeyd edib ki, bu cür müsabiqələr gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyətə malikdir. Beynəlxalq olimpiadalarda iştirak etmələrini tövsiyə edən rayon rəhbəri gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

    Görüşdə müsabiqənin əhəmiyyətindən, şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsirləri haqqında RİH başçısına məlumat verilib.
    Bildirilib ki, şəhər 1 saylı tam orta məktəbin müəllimi Aynurə Bağıyevanın rəhbərliyi ilə şagirdləri Xumar Bağıyeva, Nərmin Şıxıyeva “Havadakı zərərli, yanıcı qazlar”, həmin məktəbin digər müəllimi Mehri Məmmədovanın şagirdləri olan Nərgiz Nemətli və Gülsüm Qasımlı isə “Canqurtaran qulaqcıq”, şəhər 3 saylı məktəb liseyinin müəllimi olan Əminə Ağayevanın şagirdi Səyid Süleymanzadənin “Çirkab sularından enerji hasilatı”, üzrə isə Vəng kənd tam orta məktəbinin müəllimi , həmçinin “İlin ən fəal gənci” seçilən Gülnarə Qurbanovanın şagirdi Rəvan Qasımovda “Sabahın alimləri” X Respublika müsabiqəsinin iştirakçıları olublar.
    Tədbirdə layihə rəhbərləri təqdimat keçirib və bu işlərin davamlı olması üçün digər kəndlərində cəlb edilməsini bildiriblər.
    Əlavə olaraq qeyd edək ki, “Sabahın alimləri” Respublika müsabiqəsinin iştirakçılarına hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif beynəlxalq fondlar, assosiasiyalar və cəmiyyətlərinin xüsusi mükafatları verilib. Bu mükafatlar seçilmiş istiqamətlər üzrə 11 layihəyə və 17 şagirdə təqdim olunub. Sevindirici haldır ki, rayonun kimya müəllimi olan G.Qurbanovanın “Ekologiya və ətraf mühitin mühafizə olunması” nominasiyası da mükafata layiq görülüb.
    İştirakçılar onlara təhsil almaları üçün yaradılan şəraitə görə ölkə rəhbəri İlham Əliyevə və Birinci-vitse prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, rayonda gənclərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkür edərək söz veriblər ki, “Təhsil İsmayıllının brendi” şüarını hər zaman qoruyub saxlayacaqlar.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR