AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son 17 ilin uğurları.

  • + A
  • - A
  • 10-03-2021, 13:40


    Ölkəmizdə iqtidarın siyasəti əhali tərəfindən ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Respublikamızda daxili sabitlik önəm kəsb edir. Azərbaycanda yürüdülən müdrik siyasət və sosial ədalətə əməl edilməsi hesabına xalq-iqtidar birliyinin əsası qoyulub və buna əməl edilib.
    Son 17 il Azərbaycan üçün əvvəlki dövrə, yəni əsaslı təmələ söykənmiş yeni dövrdür. Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib ki, Azərbaycan Resbunlikası son 17 il ərzində tarixi uğurlara imza atıb. 2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur. Bu dövrü jurnal və məqalələrdə həmçinin dərsliklərdə, kitablarda düzgün əks etdirmək tarixçilərin və alimlərin öhdəsinə düşən əsas vəzifələrdəndir.
    Qeyd olunub ki, 1990-cı illərdə gənc və müstəqil olan ölkəmizlə bu günkü Ermənistanda baş verənlər arasında oxşar hallar yaşanırdı. Ölkədə ümidsizlik, cəmiyyətdə depressiya və.s hökm sürürürdü. Azərbaycan tamamilə idarə olunmaz formada idi. Həmin dövürlərdə cəsarət və milli düşüncə nümayiş etdirmiş vətənpərvər insanlar yəni məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər. Məhz o gündən başlayaraq ölkəmiz yüksəlişə doğru addımladı. Bütüb bu proseslərə əsaslanaraq qeyd edə bilərik ki, əsl müstəqillik dövrümüz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevə qədərki dövürdə müstəqillik sözdə var idi, lakin faktiki olaraq yox vəziyyətdə idi.
    Onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətləri və Naxçıvanda çalışdığı müddətdə göstərdiyi vətənpərvərlik və xalqına olan sevgisi Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında cəmləndirdi. Elə həmin illər yəni, 1993-2003-cü illər Respublikamız üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur.
    1993-cü ilin oktyabrında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan, depresiyadan çıxma prosesi başladı. Yeni Azərbaycan Partiyasının adı da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır.
    YAP nəinki Respublikamızın həmçinin Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Günümüzdə YAP-ın iqtidarın və düzgün siyasətinin nəticəsində Ermənistan təcrid edilmiş vəziyyətdədir, Azərbaycansa bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub. Sözü gedən bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklərlə qarşılaşmağımız qaçılmaz olacaqdı.
    2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermiş, Prezident İlham Əliyevə etimad göstərmişdir. Prezident İlham Əliyevin xalq arasında böyük hörmət və inama sahib olması danılmaz faktdır. Dünyada baş verən mürəkkəb proseslərin fonunda, ölkəmiz yüksək dinamika ilə inkişaf edir. Ölkəmizdə ictimai-siyasi sabitlik təmin olunub. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi doğru siyasətin nəticəsidir. Xalq olaraq bütün bu illər ərzində ərazi bütövlüyümüzün bərpa edilməsi və düşmənlərin torpaqlarımızdan qovulması amalı ilə yaşamışıq. Respublikamızda yetişən gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur. Gənc nəsil Vətənə sevgi ilə böyüdü və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək 44 günlük vətən müharibəsində qəhrəmancasına şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
    17 il ərzində ölkəmizdə İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuşdur və bu hədəfə nail olunmuşdur. Hazırkı dövürdə istənilən meyar üzrə, istənilən parametr üzrə müstəqilik və ölkə olaraq iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik. Beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, turizimin inkişafı bunlara misal ola bilər.
    Respublikamız digər ölkələrlə xarici siyasəti çoxşaxəli və daimidir. AŞPA, İƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, BMT Baş Assambleyası və sair bu kimi beynəlxq təşkilatlara üzv olmaq ölkəmizin siyasi baxımdan gücünün göstəricidir. Qeyd etmək olar ki, bu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı sənədlər imzalamışlar.
    Prezident İlham Əliyevin söylədiyi kimi: “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.” Əsrlər boyu xalqımız bu Qələbəni öz ürəyində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan Respublikası mütləq qələbəni qazandı, düşməni öz zərbələri ilə darmadağın etdi. Biz həm döyüş meydanında, həm də siyasi meydanda qələbə qazandıq.
    Bu gün Respublikamız yeni dövrə qədəm qoyur. Ölkəmizdə konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Bu dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Günümüzdə ümumi məsələlər Qarabağ məsələsidir, iqtisadi azadlıqların bərqərar olmasıdır, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, ölkəmizin güclənməsidir. Bütün bu uğurlar Azərbaycan Respublikasının dünya ölkələrində tanınmasına, Siyası və iqtisadi vəziyyətin güclənməsinə, xalqımızın firavan yaşamasına gətirib çıxarmışdır.
    Ölkəmizdə baş verən bu proseslər təkcə paytaxt ərizisində deyil bütün regionlarda özünü göstərməkdədir. 17 illin uğurlarından bəhrələnən İsmayıllı rayonu Azərbaycanın iqtisadiyyatının strateji sektoru kimi kənd təsərrüfatının inkifanının sürrətləndirmiş, turizimi inkişaf etdirmiş həmçinin rayona yeni investorların cəlb edilməsi üçün əsaslı addımlar atmışdır.
    Şanlı qələbə dövrümüzdə də bu kimi addımlar atılacaq və rayon sakinlərinin daha firavan yaşaması üçün lazımı tədbirlər görüləcək.

    Zaur Muradov
    İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR