Azərbaycanlı səfirin gənc qızı qəfil dünyasını dəyişdi - FOTO
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin qızı Humay Quliyeva dünyasını dəyişib.
AzadMedia.az xəbər verir ki, H.Quliyeva martın 13-ü qəfil dünyasını dəyişib.
Onun ölüm səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, H. Quliyeva BP, Dünya Bankı, “Financial Times”, Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq edib.