İnfarkt olan bir azərbaycanlı Xankəndindəki xəstəxanaya aparılıb və orada onun üzərində ürək əməliyyatı — koronar damarların stentləşdirilməsi həyata keçirilib.
Bu barədə "Sputnik Ermənistan”a məlumatlı mənbə bildirib.
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Xankəndindəki xəstəxananın şöbələrindən birində sülhməramlıların müşayiəti ilə gətirilən azərbaycanlı sürücünün müalicə olunduğu barədə xəbər yayılıb.
Artıq məlumdur ki, haqqında söhbət gedən xəstə Bakıya gətirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.