AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu Novruz xalqımızın arzuları çin oldu Yurdumuza yaz gəlir

  • + A
  • - A
  • 19-03-2021, 22:00



    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Azərbaycanda Novruz bayramı qeyd edilir.

    Novruz xalqımızın ən əziz və əsrlərlə sevə-sevə qoruyub bu günə gətirdiyi bir xalq bayramıdır. Hər il xalqımız, dövlət başçımız bayram arzularını bildirəndə ən birinci arzu belə başlayırdı – “O gün olsun Novruz tonqalları Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal altında olan torpaqlarımızda yandırılsın!”. Bu ilki Novruz bayramını 30 ilin Novruzundan fərqləndirən məhz arzulanan ilin bu Novruza təsadüf etməsidir.

    Şuşada yandırılan bayram tonqalını, Çıdır düzünə qoyulan bayram atributlarını hamımız qürurla izlədik. Ölkə başçısı bu həftə artıq ikinci dəfə Şuşaya səfər etdi, orada aparılan abadlıq-quruculuq işləri ilə maraqlandı. Cənab Prezidentin hər dəfə işğaldan azad olunmuş torpaqlarımıza ailə üzvləri ilə getməsi, tez-tez görülən işlərlə maraqlanması bir daha o torpaqların Azərbaycan üçün nə qədər əzizi olmasına bariz nümunədir. Diplomatiyası ilə, Şuşadakı hərbi əməliyyatlarla, 4 saat 4 dildə müxrəlif ölkə jurnalistlərinə brifinq keçirçəsi ilə bütün dünyada danışılan Ali Baş Komandanımız azad edilmiş torpaqlarımızı gəzdikcə orada dağıdılan tarixi abidə və tikililərimiz barədə də çox dolğun məlumata malik olduğunu göstərir. Azıx mağarası qarşısında tarixi ardıcıllığı ilə danışması cənab İlham Əliyevin həm də tariximizi çox gözəl bildiyindən xəbər verirdi.

    Dünya ölkələrinin də işğaldan azad olunmuş ərazilərimizdə təmir-bərpa işində maraqlı olması, Azərbaycana öz işbirliklərini təklif etmələri tezliklə o ərazilərimizdə həyatın öz axarına düşəcəyi, dünyanın turizm məkanına çevriləcəyi anlamına gəlir. Hələki bu qələbəni bizə bəxş edən əsgərlərimiz işğaldan azad olunmuş torpaqlarda bayram tonqalları qalayır, Novruzun gəlişinə, torpağın oyanışına şahidlik edirlər. İnşallah növbəti illərdə vətəndaşlarımız özləri yeni evlərində, öz dəd-baba torpaqlarında Novruz bayramını qeyd edəcək. Hər birinizi Novruz bayramı münasibəti ilə təbrik edir, bol ruzi-bərəkət, can sağlığı arzulayıram.

    Allah Ali Baş Komandanımızı, Ordumuzu, Xalqımızı qorusun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR