Azərbaycan Dövlət Aqrar Universitetinin Marketinq kafedrasının əməkdaşları Rusiyanın Kuban Dövlət Universitetinin “Marketinq və Ticarət işi” kafedrasının əməkdaşları ilə beynəlxalq elmi-praktiki konfrans keçirib.
Konfransı giriş sözü ilə açan ADAU-nun Marketinq kafedrasının müdiri, dosent Vəfa Məmmədova konfrans iştirakçılarını , KubDU-dan olan həmkarları kafedranın nailiyyətləri, elmi maraqları və əməkdaşlıq perspektivləri ilə tanış etdi.
Marketinq kafedrasının digər əməkdaşları Xan-Xoyskaya Inga Vladimirovna, kafedranın baş müəllimi, Aytəkin Bağırova kafedranın baş müəllimi, doktorant, Fərid Mehtiyev kafedranın assitenti, doktorant, Fatimə Şirinzadə, kafedranın assistenti, doktorant, beynəlxalq fəaliyyət proqramının formalaşdırılması və əməkdaşlıq imkanlarının yaradılması haqqında müxtəlif təklif və fikirlərlə çıxış etdilər.
Xatırladaq ki, Kuban Dövlət Universiteti Rusiyanın cənubunda yerləşən ən böyük universitetlərdən biridir. Zəngin tarixə, köklü ənənələrə sahib olan universitet böyük uğurlar ilə öz yüksək statusunu təsdiqləmiş və Kubanın aparıcı təhsil, elm və mədəniyyət mərkəzi kimi 100 ildir ki fəaliyyət göstərir. KubDU-da bu gün dünyanın 55 ölkəsinin təmsilçiləri daxil olmaqla təxminən 28 min tələbə təhsil alır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.