AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş prokuror Kamran Əliyev Novruz bayramı münasibətilə xalqı təbrik etdi

  • + A
  • - A
  • 20-03-2021, 12:56


    Baş prokuror Kamran Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Azadmedia.az təbriki təqdim edir:

    Ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir.
    Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə sürən 44 günlük Vətən müharibəsində şanlı ordumuzun əzəli və doğma Qarabağımızı işğaldan azad etməsi ilə ərazi bütövlüyü tam təmin edilmiş müstəqil Azərbaycanımızda xalqımız builki Novruz bayramını böyük sevinc hissi və daha yüksək əhval-ruhiyyə ilə qeyd etməyə hazırlaşır.
    Xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə Baş Prokurorluğun kollektivi adından hər kəsi səmimi-qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR