AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADPU-da yeni mətbuat katibi

  • + A
  • - A
  • 21-03-2021, 15:00



    Azərbaycan Dövlət Pedaqoji Universitetində rektor Cəfər Cəfərovun imzaladığı əmrlə mətbuat işi və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi, informasiya yayımı və axınının koordinasiyasının optimallaşdırılması məqsədilə yeni “mətbuat katibi” ştatı təsis edilib. 

    Universitetdən Azadmedia.az a verilən məlumata görə, ADPU-nun məzunu olan mütəxəssis Cavid Hüseynov universitetin Mətbuat katibi (Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) vəzifəsinə təyin edilib. 

    O, 2019-cu ildən universitetin “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi və sosial və humanitar məsələlər üzrə prorektor köməkçisi kimi çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR