AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AQTA - 8 müəssisədən Rusiya Federasiyasına pomidor ixracına icazə verilib

  • + A
  • - A
  • 23-03-2021, 21:20


    Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

    AQTA-dan verilən məlumata görə, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, habelə təsərrüfatlarda həyata keçirilən birgə videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 24 mart 2021-ci il tarixindən daha 8 pomidor istehsalı müəssisəsindən ("AGRICOLA" MMC, "ŞƏMS BOTANİKA" MMC, "AQROSTORM" MMC, "BƏHRƏ-2010" MMC, "YAŞIL RANÇO" MMC, "SOUTH TRADING" MMC, "EKO-GRUP 2018" MMC və Əliyev Məhərrəm Heydər oğluna məxsus müəssisələr) pomidor ixracına icazə verilib.

    Qeyd edək ki, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 82 pomidor müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 236948 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 179956 ton pomidor məhsulunun 131.6 %-ni təşkil edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR