“Red Wings” aviaşirkəti Azərbaycan, Qazaxıstan və Özbəkistana reyslər açmağı planlaşdırır.
Bu barədə RBK portalı məlumat yayıb.
Məlumata əsasən, ölkəmizə açılacaq reyslər Yekaterinburq-Bakı marşrutu üzrə fəaliyyət göstərəcək. Hava xəttinin nə zaman aktivləşəcəyi dəqiq açıqlanmasa da, reyslərin koronavirusla bağlı vəziyyətin sabitləşməsilə bağlı olduğu bildirilib.
Bununla yanaşı, aviaşirkət Türkiyə, o cümlədən də Antalyaya birbaşa çarter reysləri təşkil etməyi düşünür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.