AzadMedia.az xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 24-də 63,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdu
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,64 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,75 dollar/barel çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.