CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 42,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 41,65 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.