Rusiyanın Primorsk diyarında yerləşən “Korolevski” mədənində uçqun olub.
Fövqəladə Hallar Nazirliyinin Regional idarəsindən TASS-a verilən məlumatda qeyd olunur ki, insident nəticəsində dağıntılar altında qalan fəhlələrdən biri həlak olub.
Onun cəsədi torpaq altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə vaxtı mədəndə 20-dən çox fəhlə olub. Onların hamısı xilas edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.