Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən daha bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dağıntılar altında qalan şəxsin olmadığı nəzərə alınaraq, FHN tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.
Qeyd edək ki, Nazirliyin qəza-xilasetmə qüvvələrinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas olunub, 2 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
15:15
Xırdalanda baş verən partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti çıxarılıb.
Dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyiti çıxarılaraq, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.