Azadmedia.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Birliyini İrana qarşı sanksiyalara görə tənqid edib.
Belə ki, bu fikri Lavrov jurnalistlərə açıqlamasında deyib.
“Avropa Birliyinin İranın rəsmi şəxslərinə qarşı insan haqlarını pozmağa görə sanksiya tətbiq etdiyini heyrətli şəkildə öyrəndim. Mən bu qərarın mətnini görməmişəm, amma faktın özü çoxlu sayda suallar yaradır. Əgər AB-də hansısa koordinasiya mövcud deyilsə və sağ əlin etdiyini sol bilmirsə, bu, sadəcə bədbəxtlikdir. Əgər bu qərar danışıqların qızğın vaxtında bilərəkdən qəbul edilibsə, bu, artıq bədbəxtlikdir, bu, artıq cinayətdən betər səhvdir”, – deyə o bildirib.
O, Vyanada danışıqları dağıdacaq bütün cəhdləri qınadığını bildirib.
Qeyd edək ki, AB Şurası İrana sanksiyaları daha bir il uzadıb. Bundan əlavə siyahıya yeni 8 fiziki şəxs və 3 şirkətin adı əlavə olunub. Onlar İranda 2019-cu ildəki aksiyaları sərt şəkildə dağıtmaqda günahlandırılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.