2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar 260,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, bu ilin ilk üç ayı ərzində DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 943,5 milyon manata bərabər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalıb.
Dövlət büdcəsindən əlavə dəyər vergisindən daxilolmalar 7,8 faiz azalaraq 636,88 milyon manat təşkil edib.
Aksizlər üzrə daxilolmalar 13,8 faiz artaraq 35,7 milyon manat, yol vergisi daxilolmaları 3,7 faiz azalaraq 10,2 milyon manat təşkil edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.