AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süveyş kanalında gəmiyə həbs qoyuldu

  • + A
  • - A
  • 13-04-2021, 17:45


    Bir müddət əvvəl Süveyş kanalında saya oturaraq hərəkəti bir həftə ərzində iflic edən "Ever Given" konteyner gəmisinə həbs qoyulub.

    AzadMedia.az - ın məlumatına görə, qərar gəmi sahibinin vurulan ziyana görə təzminatı tam məbləğdə ödəməkdən imtina etməsi ilə əlaqədar verilib.

    Süveyş kanal rəhbərliyi hərəkətin dayanması ilə əlaqədar "Evergreen" şirkətindən 1 milyard dollar təzminat tələb edir.

    Şirkət isə öz növbəsində həmin məbləğin 90 faizini, 900 milyon dollar məbləğ ödəməyə hazır olduğunu bildirir.

    Xatırladaq ki, martın 23-də Tayvanın "Evergreen" şirkətinə məxsus 400 metrlik və 224 min tonluq "Ever Given" konteyner gəmisi Süveyş kanalında saya oturaraq bir həftəyə yaxın müddət ərzində hərəkəti iflic etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR