Misir Süveyş kanayında saya outran yük gəmisinin xilas edilməsi və dəniz nəqliyyatının bərpasından sonra kanalın iki sahilində gözləyən bütün gəmilərin keçidinin təmin olunduğunu açıqlayıb.
Azadmedia.az xəbər verir ki, bunu Süveyş Kanal İdarəsinin rəhbəri Usame Rabi Misirin “Əl-Ehram” qəzetində açıqlamasında deyib.
O bildirib ki, kanalın bağlı qaldığı altı gündə Süveyşin şimal və cənub sahillərində ümumilikdə 422 gəmi toplanıb:
“Kanalın iki sahilində gözləyən çox sayda gəminin rekord müddətdə keçidi tamamlanıb. Gözləyən son 62 gəminin də kanaldan keçməsi ilə sözügedən qəzadan bəri yığılan bütün gəmilərin keçidi başa çatıb”.
Xatırladaq ki, Çindən Rotterdama yola düşən, 400 metr uzunluğa və 224 min ton yükgötürmə qabiliyyətinə malik olan “The Ever Given” konteyner gəmisi martın 24-də kanalın 151-ci kilometrliyində saya oturaraq, hərəkətin dayanmasına və yüzlərlə gəminin kanalın girişində tıxac yaratmasına səbəb olub.
Altı günlük çalışmalardan sonra gəmi üzdürülüb, kanalda hərəkət bərpa edilib. Ancaq Misir bu müddətdə ciddi maliyyə itkisi ilə üzləşib. Belə ki, kanalın bağlı qaldığı hər gün bu dövlətə 10-15 milyon dollar başa gəlib.
“The Ever Given” adlı gəminin sahibi olan yapon şirkəti səfərlərin ləngiməsinə görə ticarət gəmilərinin operatorlarından üzr istəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.