AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bayden Trampın iki tənqidçisini...

  • + A
  • - A
  • 13-04-2021, 20:23

    AzadMedia.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bazar ertəsi federal rəsmilərin ABŞ-Meksika sərhədində miqrant axını probleminin həlli ilə bağlı çətinlik çəkdiyi bir vaxtda sərhəd nəzarəti və immiqrasiya postlarına sabiq prezident Donald Trampın immiqrasiya siyasətinin iki tənqidçisinin namizədliyini irəli sürüb.
    Bayden ABŞ-Meksika sərhədi yaxınlığında Arizona ştatının Tuson şəhərinin polis rəisi Kris Maqnusu ABŞ-ın Gömrük və Sərhəd Mühafizə Agentliyinin rəhbəri, Ur Caddunu isə ölkənin qanuni immiqrasiya sistemini idarə edən ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin direktoru vəzifəsinə nominasiya edib.

    Vəzifələrinin icrasına başlamazdan əvvəl onların hər ikisinin namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.

    Maqnus 2016-cı ildən bəri Tuson polis şöbəsinin rəhbəri olub və Demokrat Partiyasının icma səviyyəsində daha az aqressiv polis modelini vurğulayan mütərəqqi qanadına qoşulub. O, Tusonda 1000 nəfərdən ibarət zabit və işçi heyətinə rəhbərlik edib. Müqayisə üçün Sərhəd Mühafizə agentliyində bu rəqəm təxminən 60 min təşkil edir.

    Maqnus Tusonu sənədsiz mühacirlərin federal sərhəd agentləri tərəfindən saxlanmaq qorxusu olmadan qala biləcəyi "sığınacaq şəhər" elan etmək cəhdlərinə qarşı çıxıb.

    ABŞ-ın Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin keçmiş baş məsləhətçisi olan Caddu Tramp administrasiyası dövründə Vaşinqtonda `Amerikanın Səsi mühacirlərin müdafiəsi qrupunda çalışaraq, `DHS Watch` qrupunun direktoru olub. Qrup immiqrasiya və sərhəd təhlükəsizliyi qurumlarının yerləşdiyi Daxili Təhlükəsizlik Departamentini hərəkətlərinə görə cavabdeh tutmağa çalışıb və Trampın siyasətini tez-tez tənqid edib.

    Demokrat Bayden sərhəd divarının inşasını dayandıraraq və müşayiəti olmadan ABŞ-Meksika sərhədini keçən miqrant uşaqların ölkədən çıxarılmasını rədd edərək, Respublikaçı sələfinin immiqrasiya ilə bağlı bir sıra məhdudiyyətlərini yüngülləşdirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR