ABŞ-ın 46-cı prezidenti seçilən Co Bayden hakimiyyətinin ilk günündən özündən əvvəlki dövlət başçısı Donald Trampın çox sayda qərarını ləğv edib.
“RİA Novosti” xəbər verir ki, ABŞ lideri ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və Paris İqlim Sazişinə qayıtmasını təmin edib.
Yeni prezident eyni zamanda, Meksika ilə sərhəddə divarın inşasını dayandırıb və sərhəddəki fövqəladə vəziyyəti ləğv edib ki, bu da müxtəlif idarələrin büdcələrindən Ağ Evə vəsait yönəltməyə imkan verib.
Tramp administrasiyası əvvəllər ölkəyə miqrantlar üçün giriş qaydalarını sərtləşdirmişdi.
Bayden bir sıra müsəlman ölkələrinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətləri ləğv edən fərman imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.