Azadmedia.az xəbər verir ki, Belarus 2021-ci ildə Azərbaycandan 1 milyon ton neft almağı planlaşdırır.
Belə ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov deyib.
O bildirib ki, Azərbaycandan Belarusa tədarük davam edir:
"Bu il üçün 1 milyon ton planlaşdırılıb. Bu günədək artıq 270 min ton tədarük olunub. 90 min ton neft daşıyan tanker hazırda yoldadır".
Səfir əlavə edib ki, Azərbaycan ötən il Belarusa 800 min ton neft tədarük edib.