ABŞ Belarusa neft satışını dayandıra bilər
ABŞ Belarusa neft tədarükünün dayandırılması və sanksiyaların tətbiqini nəzərdən keçirə bilər.
Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
"Əminəm ki, biz bu məsələlərin hamısını nəzərdən keçirib, kriteriyaları müəyyən edəcəyik. Bunları birtərəfli yox, çoxtərəfli qaydada etmək lazımdır ki, Belarus vətəndaşları üçün yaxşı nəticələr əldə edəsən. Belarusdakı situasiyanın yaxın gələcəkdə necə inkişaf edəcəyinə baxmaq lazımdır”, – deyə o bildirib.