Türkiyədə yayımlanan "Akıncı" serialında Azərbaycan xəritəsi ilə bağlı ..
Azadmedia.az xəbər verir ki, bu barədə NTC Media açıqlama yayıb.
Media qurumdan verilən məlumatda əlavə olaraq bildirilir ki, tamamilə qondarma bir təşkilat olan "Haritacılar" tərəfindən kadrlara salınan o xəritə serialın bütün digər elementləri kimi bir xəyal məhsuludur: "O epizodda olan xəritə və xəritədəki sərhədlər də həqiqəti əks etdirmir. Ssenariyə əsasən bir qondarma təşkilatın niyyətini göstərmək üçün qurulsa da, dost və qardaş Azərbaycan xalqının həssaslığı nəzərə alınaraq bu xəritə dəyişdirilmişdir. Tək Millət İki Dövlət".