Azadmedia.az xəbər verir ki, Çad prezidenti İdris Debi ölkənin şimalında üsyançılarla döyüş zamanı aldığı yaralardan vəfat edib.
Belə ki, bunu Çad ordusunun rəsmi nümayəndəsi televiziya ilə çıxışı zamanı bildirib.
Qeyd olunub ki, İ.Debi üsyançılarla toqquşmalar zamanı ön cəbhədə mübarizə aparıb.
Qeyd edək ki, prezident dünən seçkilərdə qalib gəlib. Qalibiyyətdən sonra ön cəbhəyə gedib və orada hücuma məruz qalıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.