AzadMedia.az xəbər verir ki, NATO-nun addımları Moskvanı simmetrik strateji məhdudlaşdırma tədbirləri görməyə məcbur edir.
Belə ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
“Yaxın Şərq və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir”, - deyə nazir bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.