AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistanın cənub-şərq vilayətində bomba hücumu olub

  • + A
  • - A
  • 22-04-2021, 21:02

    AzadMedia.az xəbər verir ki, Pakistanın cənub-qərbindəki rəsmilərin bildirdiyinə görə, aprelin 21-də beş ulduzlu bir mehmanxananın avtomobillərin saxlandığı parkingində baş verən güclü bomba partlayışı azı dörd nəfərin ölümünə, təxminən on nəfərin yaralanmasına səbəb olub.
    Pakistanın cənub-şərq vilayətində bomba hücumu olub
    Belə ki, Pakistanda fəaliyyətinə qadağa qoyulan Taliban yaraqlı qrupu özünün sosial mediası vasitəsilə Bəlucistan vilayətinin paytaxtı Quettadaki Serena Otel-də gecə yarısı həyata keçirilən intiharçı hücumunun məsuliyyətini öz üzərinə götürüb.

    Qrup hədəfin şəhərə toplantı üçün gələn mehmanxanadakıl yerli və çinli rəsmilərin olduğunu bildirib.

    Qeyd edək ki, Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd hücumu terror aktı kimi qiymətləndirərək, qınayıb. Yerli televiziya kanalına şərhində nazir Çinin Pakistandakı səfiri və nümayəndə heyətinin həmin mehmanxanada qaldıqlarını, lakin partlayış zamanı onların şəhərin başqa bir yerində keçirilən tədbirdə olduqlarını deyib.

    Şeyx Rəşid Əhməd bomba hücumunun təhlükəsizliyə böyük hədə olduğunu və günahkarların məsuliyyətə cəlb edilməsi üçün yüksək səviyyədə istintaq aparılacağını bildirib.

    Polis rəsmisi Əzhar Əkrəm jurnalistlərə hücumu həyata keçirmək üçün bomba yerləşdirilmiş nəqliyyat vasitəsindən istifadə edildiyini və yaxınlıqdakı bir neçə avtomobilin yandığını deyib. Vilayət polis idarəsinin sözçüsünün dediyinə görə, hadisə yerindən toplanan dəlillər bombanın intiharçı tərəfindən partladıldığına işarə edir.

    Televiziya görüntülərində şəhərin yüksək səviyyəli yerli və beynəlxalq nümayəndə heyətlərinin qaldığı yeganə lüks mehmanxanada yanan avtomobilləri görmək olub. Mehmanxana Quettanın güclü qorunan ərazisində yerləşir.

    Xəstəxana rəsmiləri yaralananların bir neçəsinin vəziyyətinin çox ağır olduğunu bildirib və ölənlərin sayının artacağından narahatdır.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR