Azərbaycan Milli Məclisinin keçmiş deputatı Hüseynbala Mirələmovun məşhur videosu ABŞ-ın ABC telekanalında yayımlanan populyar “Jimmi Kimmel Live!” (Cimmi Kimmel canlı yayımda) tok-şousunda göstərilib.
“Bu videoda Azərbaycan hökumətindən hansısa rəsmi nümayəndə onlayn konfransda iştirak edir, ancaq bundan xəbərsizdir. Baxın, biz Nyu-Yorkun növbəti qubernatorunu belə tapa bildik”, - deyə aparıcı qalmaqallı videonu şərh edib.
Qeyd edək ki, aparıcı çıxışı zamanı ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kyomonu nəzərdə tutur. O, dəfələrlə seksual xarakterli hərəkətlərə yol verməkdə ittiham olunub. Nyu-York ştatının baş prokuroru bununla bağlı araşdırma aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.