AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədəki ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı - VİDEO

  • + A
  • - A
  • 24-04-2021, 19:14


    Türkiyədəki ermənilərin 85-ci patriarxı Sahak Maşalyan 1915-ci il hadisələrini siyasətə alət edənləri qınayıb.

    “Haber Global” məlumat verir ki, o, yaşanan hadisələrin siyasi məqsədlər üçün sui-istifadə edildiyini bildirib.

    Maşalyan qeyd edib ki, on illərdir bu mövzunun parlamentlərin gündəminə daşınmasının yaratdığı gərginliklər bu iki xalqı bir-birinə yaxınlaşmasına xidmət etmir. Əksinə, barışığın gecikməsinə şərait yaradır.

    “İnanırıq ki, Tanrının iradəsi ilə türk və erməni münasibətlərində qardaşlıq və sevgi ortamını daha güclü şəkildə salamlayacağıq”, - deyə o vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR