Türkiyə PKK-nın əsas üzvlərindən birini məhv etdi - Fotolar
![]()
Türkiyə Milli Təhlükəsizlik Təşkilatı və Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı əməliyyatda PKK-ın əsas üzvlərindən birini zərərsizləşdirib.
AzadMedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məhv edilən terrorçu PKK-nın qolu olan KCK-nın “icraiyyə komitəsi”nin üzvü Sinan Mirhan kod adlı Dalokay Şanlıdır.
O, İnterpol xətti ilə axtarışda olub.
Bildirilib ki, terrorçu böyük şəhərləri hədəf alan təxribat planlayırmış.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.