AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkə QHT-ləri bəyanat yaydı

  • + A
  • - A
  • 25-04-2021, 15:40



    Azərbaycan QHT-ləri ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyən bəyanat yayıb.

    Azadmedia.az bəyanatı təqdim edir.

    “ABŞ Prezidenti Cozef Bayden dünən “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında XX əsrin əvvəllərində Osmanlı imperiyası ərazisində baş verən hadisələri “soyqırımı” adlandırıb. ABŞ kimi qlobal məsuliyyəti olan dövlətin prezidentinin heç bir tarixi, hüquqi və siyasi əsası olmayan iddianı rəsmi şəkildə səsləndirməsi erməni “soyqırımının” beynəlxalq səviyyədə siyasi alətə çevrildiyini göstərir. Hesab edirik ki, bu hadisələr yalnız tarixi araşdırmaların predmetinə çevrilməlidir. Tarixi faktlar qeyd olunan dövrdə Anadoluda heç bir soyqırımı aktının baş vermədiyini təsdiq edir. Təsadüfi deyil ki, indiyədək heç bir beynəlxalq məhkəmə “erməni soyqırımı”ın tanınması barədə qərar qəbul etməyib.

    Ermənilərin “soyqırımı” iddiaları “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan avantürist erməni toplumunun qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, həmçinin, XX əsrin əvvəllərində və sonunda Cənubi Qafqazda bəşəriyyətə və insanlığa qarşı törətdikləri soyqırımı və terror siyasətinə bəraət qazandırmaq cəhdidir.

    Əgər ABŞ dünyadakı soyqırımı faktlarının aşkarlanaraq nəticələrindən dərs çıxarılmasında maraqlı olsaydı ilk növbədə ermənilərin birinci dünya müharibəsi zamanı və ondan sonrakı dövrdə Şərqi Anadoluda və Cənubi Qafqazda törətdiyi soyqırımı zamanı yüz minlərlə türk, müsəlman və yəhudinin milli və dini mənsubiyyətinə görə qətlə yetirilməsini pisləyərdi. Çünki XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin qətlə yetirdiyi türklərin sayı yüz minlərlədir. Eyni zamanda diqqətinizə çatdırmaq istəyirik ki, ermənilərin 1992-ci ildə Xocalıda dinc, mülki azərbaycanlılara qarşı törətdiyi vəhşi cinayət beynəlxalq normalara uyğun olaraq soyqırımı aktıdır. Biz Azərbaycan QHT-ləri olaraq Xocalı soyqırımının 30 ilinin tamam olduğu 2022-ci ilin 26 fevralında Cozef Baydendən ictimaiyyət qarşısında çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qətiyyətlə pisləməyə çağırırıq.

    Azərbaycan QHT-ləri olaraq qardaş Türkiyəyə qarşı aparılan çirkin kampaniyanı və regionda sülhü və təhlükəsizliyi açıq təhdid edən xəstə erməniçilik ideyalarını gücləndirməyə xidmət edən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyini qətiyyətlə pisləyirik. Hər zaman regionda və dünyada uzunmüddətli sülhün, əmin-amanlığın və təhlükəsizliyin bərqərar olmasına töhfələr verən qardaş Türkiyə dövləti ilə birmənalı şəkildə həmrəy olduğumuzu bildiririk.

     

    Rauf Zeyni

    Azərbaycan Milli QHT Forumu

     

    Vüqar Əhmədov

    Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi

     

    Əliməmməd Nuriyev

    Konstitusiya Araşdırmalar Fondu

     

    Umud Mirzəyev

    Beynəlxalq Avrasiya Mətbuat Fondu

     

    Sahib Məmmədov

    Vətəndaşların əmək hüquqlarını müdafiə liqası

     

    Yeganə Hacıyeva

    Gənc Demokratlar İnstitutu İctimai Birliyi

     

    Solmaz Əliyeva

    Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi

     

    Rufiz Qonaqov

    Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi

     

    Əlisəfa Mehdiyev

    Dinc Dünya  Araşdırma Mərkəzi

     

    Rəna Mirzəzadə

    Gender və İnsan Hüququ Araşdırma Birliyi

     

    Qadir İbrahimli

    Güzəran Sosial araşdırmalar İctimai Birliyi

     

    Elməddin Həsənov

    İnkişafa Doğru Sosial Araşdırmalar İctimai Birliyi

     

    Qafar Mehdiyev

    Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası

     

    Mübariz Laçınov

    Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi İctimai Birliyi

     

    İlqar Hüseynli

    Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi

     

    Azər Qurbanəliyev

    Tolerantlıq Sosial Araşdırmalar İctimai Birliyi

     

    Rəfail Ağayev

    "Avropa Gənclər Parlamenti - Azərbaycan" ictimai birliyi

     

    Nərgiz Balakişiyeva

    Ziya Hüquqi və sosioloji araşdırmalar Cəmiyyəti

     

    Seymur Verdizadə

    Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi

     

    Araz Aslanlı

    Qafqaz Beynəlxalq münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyi

     

    İradə Yaqubova 

    ELS - Müstəqil Araşdırmalar Mərkəzi» İctimai Birliyi

     

    Nüşabə Məmmədova

    “Beynəlxalq Dialoq və İnkişaf Alyansı İctimai Birliyi”

     

    Vasib Sadıqov

    “Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti

     

    İlham Məmmədzadə

    “Fəlsəfə Araşdırmalar” Ictimai Birliyi

     

    Hatəm Cabbarlı

    Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi

     

    Ramil İsgəndərli

    Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi

     

    Fəxrəddin Həsən-zadə

    “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi

     

    Əhməd Əlili

    İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

     

    Azər Əliyev

    Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası

     

    Şəlalə Həsənova

    İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi

     

    Səbuhi Abbasov

    Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi 

     

    Fuad Abbasov

    “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi

     

    Ayaz Mirzəyev

    “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi”

     

    Fuad Hüseynzadə

    "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi

     

    Ramiz Əliyev

    "Sağlam Düşüncə" Gənclər Təşkilatı İctimai Birliyi

     

    Pərviz Mirələmli

    Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı

     

    Şəhla Nağıyeva

    "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi

     

    Toğrul Allahverdili

    Üçüncü Sektor İctimai Birliyi

     

    Məryəmxanım Tağıyeva-Zeynalova

    “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı”

     

    Qurban Kərimbəyli

    “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi

     

    Günay Vəlizadə

    Ermənistandan olan Azərbaycanlı qaçqınlar İctimai Birliyi

     

    Fərid Şahbazlı

    İslahatçı Gənclər İctimai Birliyi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR