AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əfqanıstanda hava zərbəsi nəticəsində xeyli sayda dinc sakin həlak olub

  • + A
  • - A
  • 26-04-2021, 09:03


    Əfqanıstanın Vardak əyalətində aviazərbə və minaatan atəşi nəticəsində səkkizi bir, dördü isə digər ailənin üzvü olmaqla ən azı 12 nəfər dinc sakin həlak olub.

    Belə ki, məlumata görə, bu barədə ölkənin yerli TOLO informasiya agentliyi xəbər yayıb.

    Vardak əyalətinin şura üzvü Şarifullah Xotak hadisə ilə bağlı açıqlamada deyib: "Capriz rayonunun Zorlanq kəndində bir ailənin səkkiz üzvü aviazərbə nəticəsində həlak olub. Digər hücüm zamanı Sayed Abad rayonunda evlərinə mina düşməsi nəticəsində bir ailənin dörd üzvü ölüb və üç üzvü xəsarət alıb".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR