AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğan - Türkə, türk millətinə "soyqırımı" ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır

  • + A
  • - A
  • 26-04-2021, 21:36


    Türkə, türk millətinə "soyqırımı" ifadəsini yapışdıra bilməzsiniz, bütün dəlillər Qarabağdadır.

    Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımının ildönümü" münasibətilə "soyqırımı" ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

    Ərdoğan bildirib: "Ermənilərin Dağlıq Qarabağ və Azərbaycan şəhərlərində etdikləri ortadadır. Minsk Qrupu üçlüyü yaradılmışdı. Bu qrupda kimlər vardı? ABŞ, Rusiya və Fransa. Bunlar 30 il ərzində Qarabağı işğaldan qurtara bilmədi və 1 milyondan çox azərbaycanlı qardaşlarımız nə yazıq ki, öz yurdlarını tərk etmək məcburiyətində qaldı. Bütün Qarabağ yandırıldı, dağıdıldı. Əgər "soyqırımı" deyirsinizsə, güzgüyə baxın. Bütün dəlillər Qarabağdadır. Bütün bunlar ortadaykən, sizlər qalxıb türkə, türk millətinə soyqırımı ifadəsini yapışdıra bilməzsiniz".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR