AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezidentin işğaldan azad edilmiş ərazilərdə torpaqların icarəyə verilməsi haqqında FƏRMANI

  • + A
  • - A
  • 27-04-2021, 15:03


    Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

    Bu barədə məlumatı prezident.az saytı yayıb.

    Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinə işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi səlahiyyətlərin həyata keçirilməsi müvəqqəti olaraq həvalə edilir.

    Belə ki, nazirliyə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi, icarəyə verilən torpaqlardan təyinatı üzrə istifadəyə nəzarətin həyata keçirilməsi, torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı yerlərinin (uqodiyaların) dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında məsələ qaldırılması tapşırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR