AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Co Baydenin qeyri peşəkar mövqeyi və bağışlanılmaz tarixi səhvi"

  • + A
  • - A
  • 27-04-2021, 23:53


    "Co Baydenin qeyri peşəkar mövgeyi və bağışlanmaz tarixi səhvi"

    ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 24 aprel tarixli bəyəmnaməsində öz şüursuz çıxışı və qondarma "erməni soyqırımı" ifadəsi ilə öz ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Amerika Birləşmiş Ştatlarının demokratiya maskası altında gizlənən imperialist və ikiüzlü siyasətinin bariz nümunəsi olan bu fikir böyük bir qınaq obyektinə çevrildi. Böyük və güçlü dövlət kimi siyasi arenada nifuzunu aşağılamış oldu. Türkiyə daima ədalətli və obyektiv mövqe nümayişi ilə dünyada örnək ölkə olduğunu sübut edib. Danılmaz tarixi faktlar isə onu sübut edir ki, əslində 1915-ci ildə bəd niyyətli mənfur erməni qəsbkarları türklərə və Anadolu müsəlmanlarına qarşı soyqırım qətliamı həyata keçirərək və minlərlə günahsız insanların həyatını alt üst ediblər.

    Tarixin başqa bir sübutu isə, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Hansı ki, 30 mart və 3 aprel tarixləri arasında Bakıda ve Bakı Quberniyasının müxtəlif bolgələrində - Şamaxı, Hacıqabul, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Xaçmaz və xüsusilə Qubada dəhşətli kütləvi qırğınlar törətmiş üzdəniraq düşmənlərimiz 13 minə yaxın insanı gözlə görüləcək şəkildə öldürmüş, minlərlə insan isə bu hadisələrdə itkin düşmüşdür.
    Və ən nəhayət, 1992-ci ildə bütün dünyanın nəzər və diqqəti önündə "Xocalı" soyqırımını törətdilər. Bütün bunları xatırlatmaqda əsl məramım əgər, Bayden soyqırım aktına biganə qala bilməyən biridirsə, ilk olaraq ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdiyi genosid aktlarının adlarını sadalamalıydı. Lakin, cox qəribə bir yaddaşsızlıq nümayiş etdirərək öz qeyri peşəkar düşüncəsini və oğru siyasətini ortaya qoymuş oldu. Hamıya məlumdur ki, Co Baydenin bu hərəkəti Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir və bu da hər kəsə bəllidir ki, Türkiyə bu siyasi riyakarlığa və qeyri- səmimiliyə biganə qalmayacaq və özünəməxsus şəkildə mövqe nümayiş etdirəcəkdir.
    Biz də, Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyəmizin yanındayıq, onun mövqeyini dəstəkləyir və daima birlik nümayiş etdirməyə hazırıq. 44 günlük Böyük Vətən savaşı bir daha bu birliyin təcəssümü oldu.

    30 il azərbaycan torpaqlarını zəbt edən faşist xislətli erməni siyasətinə göz yuman bir çox dünya dövlətləri sırasında məhz, ilk olaraq Azərbaycana qucaq açan, mənəvi dəstək olan qardaş Türkiyə Respublikası oldu. Tariximizə ekskursiya etsək görərik ki, bu tendensiya hələ uzaq keçmişdən bu tərəfə əsrlərlə yol gəlmişdir.
    Hesab edirəm ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daha möhkəm, güclü olmalıdır və olacaqdır. Biz gənclər ordusu olaraq, ölkədə gedən iqtisadi,siyasi, sosial hadisələrə öz münasibətimizi bildirməklə sübut etmək istəyirik ki, bizlər də öz baxış müstəvimizdə bütün bu hadisələri maraqla izləyir və obyektiv qiymətləndirmələr aparırıq. Hər zaman qardaş Türkiyəni dəstəkləyir və birlik nümayişi etdirməyə hazırıq.


    Nəhayət Şirinova
    YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini.
    ADPU Quba filialının əməkdaşı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR