“Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur”.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
O qeyd edib ki, pandemiyaya görə hava nəqliyyatı üzrə uçuşlar dayandığı üçün Operativ Qərargahın qərarı ilə Hava limanı istiqamətində ekspress avtobuslar dayandırılıb. Bunun açılıb-açılmaması da Operativ Qərargahdan asılıdır.
O, eyni zamanda avtobusların sayının artırılması məsələsinə də aydınlıq gətirib: “Avtobus sayını yox, yolunu artırmalıyıq. Metro bağlı olduğu üçün nə qədər avtobus çıxarsaq da, mümkün deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.