BP-də işləyən azərbaycanlıların sayı açıqlanıb.
“BP Azerbaijan”dan Azadmedia.az a verilən məlumata görə, birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər təşkil edib.
Buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bildirilib ki, 2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.