AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçay Yol Polisi Bölməsi haqda yayımlanan məlumatların heç bir əsası yoxdur

  • + A
  • - A
  • 29-04-2021, 17:20

    Göyçay Yol Polisi Bölməsi haqda yayımlanan məlumatların heç bir əsası yoxdur

    ​ ​Bu gün bəzi media qurumlarında Göyçay Rayon Polis Şöbəsi Yol Polisi Bölməsinin rəisi Emil Əliyev və adı çəkilən bu qurumun əməkdaşı Mirxəyal Mirqabil oğlu Hüseynov barəsində heç bir əsası olmayan şər-böhtan xarakterli məqalə yayımlanıb. Məqaləni ona görə şər-böhtan hesab edirik ki, yazıda hər hansı sübut, real fakt yoxdur. Bu da onu söyləməyə əsas verir ki, müəllif olduqca dayaz və savadsız bir şəxs olduğundan heç bir araşdırma aparmayıb, kiməsə sübut etmək üçün ortaya fakt qoymağı da bacarmayıb. Məsələn, yazıda müəllif bildirir ki, Göyçayda bəzi sürücülər avtoşluq edirlər, qırmızı işığı keçirlər və bunun qarşılığında Yol Polisi Bölməsinin rəhbərliyinə aylıq “haqq-hesab” çatdırırlar. O halda sual oluna bilər ki, əgər deyilənlər həqiqətdirsə, nə əcəb müəllif yazıda hansısa bir sürücünün adını, soyadını, idarə etdiyi nəqliyyat vasitəsinin markasını, dövlət nömrə nişanını qeyd etmir?.

    ​Bundan əlavə, müəllif Mirxəyal Hüseynov barəsində ittiham xarakterli fikirlər səsləndirir və bu şəxsi YPX-nin rəisi Emil Əliyevin kassiri də adlandırır. Hətta, şöbə inspektorlarından hər birinin gündəlik 100 manat plan verdiklərini, 10 protoklol yazmalı olduqlarını da qeyd edir. Mirxəyal Hüseynovun isə rəisə yaxın olması səbəbindən, onun belə bir ​ plandan azad olduğunu dilə gətirir. Yenə də ortaya düşündürücü sual çıxır ki, görəsən yazı müəllifi yol polisi şöbəsinin əməkdaşıdırmı ki, o, belə bir açıqlamalarla çıxış edir? Yaxud da, səbəb nədir ki, müəllif bu yöndə qeyd etdiklərini faktlarla açıb ortaya qoymur? Deməli, media qurumlarında yayımlananlar şər-böhtan olmaqla bərabər, eyni zamanda hansısa “ağanın” verdiyi sifarişdir ki, yazı müəllifi verilən sifarişi yerinə yetirib ictiaiyyəti, eyni zamanda rəsmi dövlət qurumlarını çaşdırmaq niyətinə düşür. Bütün bunlar onu sübut edir ki, yazı müəllifi ilə bərabər, məqalənin yayımlanmasına məsuliyyət daşıyan redaksiya rəhbərləri də, faktları (əgər varsa) ortaya qoymaq üçün nəyi necə etməyi bacarmırlar. Çünki, KİV haqqında Qanunun tələbinə görə redaksiyaya daxil olan məlumatlar yayımlanmazdan öncə araşdırılmalı,​qarşı tərəfin mövqeyi də dinlənilməli idi. Bu yöndə heç bir addım atılmadığından,​ yayımlanan yazıda qeyd olunanların hər birinin şər-böhtan olması öz-özünü sübuta yetirir.

    ​ ​Digər tərəfdən, Göyçay Rayon Polis Şöbəsi Yol Polisi Bölməsindən əldə etdiyimiz məlumata görə, hər iki nəqliyyat vasitələri olduqca nasaz vəziyyətdə olduqlarından, onlar ötən ilin sentyabrında YPB-nə məxsus duracaqda saxlanılır və onları idarə edən sürücülər barəsində inzibati protokol da tərtib olunur. Deməli, yazı müəllifi ötən ilin sentyabr ayında yaşanan olayı bugünkü gündə qabartmaqla hansısa çirkin niyyətini həyata keçirmək fikirinə düşür. Amma, həmin şəxs heç cür dərk edib anlaya bilmir ki, o, bu cür ucuz və əhəmiyyətsiz addımı ilə heç də uzağa gedə bilməyəcək.

    ​ Bütün bunları əsas tutaraq hər bir KİV nümayəndəsinə belə bir tövsiyyələri çatdırmaq istərdik ki, “Göyçay Yol Polisində açıq bazar qurulub” başlığı altında yazı yayımlayan media qurumundan fərqli olaraq, hər zaman ədaləti qorumağa çalışaq. Çünki, bu cür şər-böhtanlar həm məşğul olduğumuz peşəmizə, həm də işgüzar nüfuzumuza xələl gətirər.

    Xəlil Yusifoğlu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR