AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Böyük qayıdışın təməli" iqtisadi, sosial və aqrar sektorda canlanma yaradacaq

  • + A
  • - A
  • 30-04-2021, 09:55

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Son zamanların ən çox müzakirə olunan mövzularından biri “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələridir. Bu layihələrin həyata keçirilməsi dövrün tələbidir, inkişafın göstəricisidir. Müasir həyat tərzini özündə cəmləşdirən bu tipli layihələr bilavasitə insanların müasir yaşayışına, müasir, elmi əsaslarla idarə olunan istehsala, nümunəvi sosial xidmətlərə, ağıllı, düşünülmüş kənd təsərrüfatına, alternativ enerji mənbələrindən istifadəyə əsaslanır. Bu tipli kənd və şəhərlərdə insanlar müasir texnilaların köməyi ilə normal həyat yaşayacaqlar.
    İnanıram ki, bu pilot layihələrin icrasına başlanılanda orda həyat daha tez normala düşəcək, vətəndaşlar "Ağıllı kənd" və "Ağıllı şəhərlər"də yaşamağa üstünlük verəcəklər. Mətbuatdan, gündəlik müşahidələrdən də görmək olur ki, əhali işğaldan azad olmuş ərazilərimizə səfərlərdə meyllidir, hər kəs o torpaqları görmək istəyir. İnfrastruktur bərpa olunduqdan sonra əhali məmnuniyyətlə qayıdıb o torpaqlarda yaşamağa üstünlük verəcək. Çünki adıçəkilən pilot layihələrdə hər bir insanın işlə təminatı yer alıb.
    “Ağıllı kəndi”n ən vacib sahələrindən biri aqrar sektorun müasir üsullarla idarə olunmasına, inkişafına hesablanmış "ağıllı kənd təsərrüfatı"dır. Cənab Prezident Hacıqabul rayonunda sənaye məhəlləsinin açılışında qeyd etdi ki, bu gün Hacıqabulda nəinki sənaye, eləcə də kənd təsərrüfatı müasir üsullarla inkişaf edir. Əlbəttə, müasir texnologiyanın, elmin, qabaqcıl təcrübənin kənd təsərrüfatına tətbiq edilməsi, ilk növbədə əl əməyinin yüngülləşdirilməsi, məhsuldarlığın artırılması, işin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, rəqabətə davamlı məhsul istehsal edilməsi, nəticədə insanların həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Kəndlərimizdə yaradılmış şərait sözsüz ki, iri fermer təsərrüfatlarının, sənaye parklarının, məhəllələrin yaradılmasına imkan verəcək və yüksək, keyfiyyətli məhsul istehsalına şərait yaradacaqdır.
    Zamandan irəli gələn tələb kimi Cənab İlham Əliyev bir neçə dəfə iri fermer təsərrüfatlarının yaradılmasının vacibliyini, əhəmiyyətini qeyd etmiş, aqrar sahədə uğurlar əldə etmək üçün iqtisadi sahədədə baş verən yeniliklərə adaptasiya olmaq əsas vəzifələrdən biri kimi qarşıya qoyulmalıdır.
    “Ağıllı kənd” pilot layihəsi ilə tanışlıqda məlum olur ki, ilkin olaraq layihə Zəngilanın 1,2,3-cü Ağalı kəndlərini əhatə edəcək və ərazidə 200 evin tikintisi nəzərdə tutulub. Bu kəndlərdə müasir məktəb, bağça, polikilinka və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə obyektləri, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı alternativ enerji mənbələri ilə təmin ediləcək. “Ağıllı kənddə” hər bir sakin işlə təmin olunacaq, bu da əhalinin "Ağıllı kənd"ə qayıdışını sürətləndirən amillərdən olacaq.
    Sevindirici haldır ki, bu günlərdə Zəngilan rayonuna səfəri zamanı Prezident cənab İlham Əliyev Ağalı kəndində “Ağıllı kənd”in əsasını qoydu və bunu "Böyük qayıdışın təməli" adlandırdı.
    İnanıram ki, "Böyük qayıdışın təməli" iqtisadi, sosial və aqrar sektorda canlanma yaradacaq, ASAN Xidmət modeli kimi dünya ölkələrində marağa səbəb olacaq və gəlib təcrübəmizi öyrənəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR