Baydenin telemüraciəti zamanı təkcə senator deyil, xalq da mürgüləyib
ABŞ-ın 46-cı Prezidenti Co Baydenin Konqresə ilk mesajının yayımını təqribən 27 milyon insan izləyib. Bu sələfi Donald Trampın 2017-ci ildəki müraciətini izləyənlərin sayından 20 milyon azdır.
Bu barədə “Deadline” xəbər yayıb.
Qeyd edək ki, Trampın 2020-ci ildəki son mesajı belə Baydenin Konqresə müraciətini izləyənlərin sayından 10 milyon artıq olub.
Xatırladaq ki, 46-cı prezidentin çıxışı zamanı respublikaçı senator Ted Kruzun mürgüləməsi ilə bağlı kadrlar sosial şəbəkələrdə virus kimi yayılıb. Görünür bu videonun populyarlıq qazanması təsadüfi olmayıb.