Sabah Ramazan ayının 18-ci günüdür.
Azadmedia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 1-də imsak vaxtı saat 04:00-da, iftar vaxtı isə 19:51-dədir.
18-ci günün duası:
“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin!”
Tərcüməsi: “İlahi, məni bu ayda öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini İşıqlandıran Allah!”
Allah orucunuzu qəbul etsin!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.