Rusiyanın Kazan şəhərində səfərdə olan Ermənistan baş naziri Nikol Paşinyan və nümayəndə heyəti təyyarədə baş verən texniki nasazlıq səbəbindən İrəvana uça bilməyib.
AzadMedia.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər aparılır. Problem həll olunmasa, nümayəndə heyəti başqa təyyarə ilə yola düşməli olacaq", - məlumatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.