AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Vəkilləri Assosiasiyası soyqırımı iftirasına qarşı mücadilə aparacağını bəyan edib

  • + A
  • - A
  • 2-05-2021, 12:20

    Türkiyə Vəkilləri Assosiasiyası soyqırımı iftirasına qarşı mücadilə aparacağını bəyan edib

    Soydaşlarımızın da təmsil olunduğu Türkiyə Vəkilləri Assosiasiyası (Türkiye Barolar Birliyi) ermənilərin 24 aprel qondarma soyqırımı iddiası ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda bildirilib ki, assosiasiya soyqırım iftirasına qarşı hüquq və tarixi reallıq baxımından mücadilə aparılmasının vacib olduğuna inanır. “İllər keçdikcə siyasi motivli bu ittihamların həqiqətə hörmətlə əvəzlənməsi baş verməlidir, amma əksinə olur". Bəyanatda I Dünya müharibəsi zamanı parçalamaq niyyətilə xaricdən idarə olunan erməni silahlı dəstələrinin törətdikləri dəhşətli cinayətlərə, 27 may 1915-ci ildə qüvvəyə minən Deportasiya haqqında qanuna diqqət cəlb edilib. Qeyd edilib ki, Osmanlı dövlətinin bəzi vətəndaşlarını digər regiona köçürməsinin soyqırımı kimi qələmə verilməsinin arxasında başqa niyyətlər dayanır və artıq Türkiyəyə qarşı şantaja çevrilməkdədir. "Müharibə şəraitində yaşanan, əsla etnik təmizlənmə və soyqırımı məqsədi güdməyən bir hadisənin aradan keçən 106 ilə rəğmən, üstəlik dozasının getdikcə artırılaraq , Türk Millətinə və Tükiyəyə yönəlik şantaja çevrilməsi qəbul edilə bilməz". Türkiyə Vəkilləri Assosiasiyası bəyan edib ki, hüquq və gerçəklik parametrlərinə uyğun gəlməyən bu haqsız və məkrli iftiralara qarşı hüquq zəminində mücadiləni hər şəraitdə davam etdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR