Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru, Sübhan İsgəndərov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Astara RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.